"Beynəlxalq diplomatik praktikaya və dövlətlərarası əməkdaşlığın səviyyəsinə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumlarının əməkdaşlarının da təmsil olunması adi haldır”.
Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının çalışması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.