Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Bunu Trend-ə Səbail Rayon Polis İdarəsindən bildiriblər.
İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.