İstanbul şəhər 13-cü Ağır Cəza Məhkəməsi "Paralel dövlətin strukturu” işində şübhəli bilinən 63 nəfər, o cümlədən əsas şübhəli Fətullah Gülən barəsində həbs qərarı çıxarıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinin yaydığı xəbərə əsasən bildirir.
Məhkəmə, həmçinin, Gülən və onun köməkçisi Sinan Dursunun həbsinə order verib. Eyni zamanda ədliyyə nazirliyinə Gülənin adının İnterpolun "Qırmızı bülleten”inə (beynəlxalq axtarışa verilən cinayətkarlar barəsində order) daxil edilməsi ilə bağlı təqdimat verilib.