Kustar üsulla saat düzəltdiyinə görə saxlanan Texas sakini Əhməd Məhəmməd Barak Obamanın şəxsi dəvətilə Ağ Evdə olub. Baki-xeber.com-un məlumatına görə, bu barədə Associated Press xəbər yayıb.
Xəbərdə bildirilir ki, Əhməd Məhəmməd Ağ Evdə elm, texnologiya və Kosmosa həsr olunmuş "Astronomiya gecələri” adlı tədbirə qatılıb. Məktəbli oğlan verdiyi dəstəyə görə prezidentə təşəkkür edib. Əlavə edib ki, sosial şəbəkə istifadəçilərinin ona ayama qoşmasından da incimir. "İnsanları xarici görünüşünə görə mühakimə etməyin, ürəyinə görə mühakimə edin” – deyə o vurğulayıb.
Xatırladaq ki, bundan öncə saat düzəldən 14 yaşlı məktəbli Sudanın XİN başçısının da qonağı olub. Eyni zamanda onu BMT-nin mənzil-qərargahına da dəvət ediblər.