Cümə axşamı günü, 05 noyabr 2026
     

Kədərli yubiley - "Qarabağa aparan yol" qəzetinin 10 yaşı oldu...

Image


Aydın Quliyev: "Kaş qəzet 10 yaşına çatmayaydı"

Qarabağa aparan yolu getmək doğrudan da çətindir. Daşlı-kəsəklidir, tikanlıdır bu yollar. Bu yol səmada iz salan karvan yollarına bənzəyir, xəyalən o yolların zəvvarı oluruq. Amma xəyaldan ayrılanda tamam başqa hisslərin qucağında oluruq. Bu gün hamımız Qarabağa getmək istəyirik. Deyirik ki, hansı yolla olur-olsun, imkan olsa, ora getmək fürsətini əldən buraxmaq olmaz. Mən hər gün Qarabağa aparan yolla gedirəm, ancaq hələ mənzil başına çatmamışam, yerimdə addımlayıram.
Təkcə mən belə deyiləm, hamımız yerimizdə addımlayırıq. Qarabağdan başlanan yolun əlindən tutub Bakıya gələnlər sonra o yolu geri qayıda bilmədilər. Qayıda bilmədik. Deyirik ki, mütləq qayıdacağıq. Şübhəsiz, insan gəldiyi yolu günlərin birində geri qayıtmağa məhkumdur. Bu həm də bir borcdur. Onsuz da heç birimiz vətənin borcundan çıxa bilməmişik. Bu mümkün də deyil. Təsəllini onunla tapırıq ki, Vətənə, dövlətə, dövlətçiliyə, azacıq da olsa, xidmət edə bilirik.
On yaşını qeyd edən "Qarabağa aparan yol" qəzeti Vətən-Qarabağ borcundan çıxmağa çalışır illərdir. "Qarabağa aparan yol" hər bir azərbaycanlını, mənən qarabağlı olan insanları öz səhifələrindən çəkdiyi işıq yolu ilə yağı tapdağında qalan yurdlara çəkib aparır. Yavaş-yavaş yaxınlaşırıq ora.
On ildir görkəmli qələm adamı, söz sərrafı, müqtədir jurnalist, redaktor Əli Mahmudun baş redaktorluğu ilə nəşr edilən "Qarabağa aparan yol" qəzeti bizi addım-addım Qarabağa yaxınlaşdırmağa çalışır. İki ildir bu qəzetin kollektivi ilə yaxından tanışam, bu nəşrlə əməkdaşlıq edirəm. Tanınan jurnalist, publisist Fariz Çobanoğlunun dəvətilə qəzetlə əməkdaşlığa başladım.
Keçən həftənin şənbə günü keçirilən "Qarabağa aparan yol" qəzetinin 10 illik yubiley tədbiri unudulmaz oldu. Dəniz kənarında yerləşən məkanlardan birində təşkil edilən yubiley gecəsinə Azərbaycan mətbuatının, ədəbiyyatının, elminin, mədəniyyətinin, ictimai-siyasi həyatının görkəmli, tanınan, sayılıb-seçilən nümayəndələri təşrif gətirmişdi.
Yubileyin düzənləndiyi məkana hamıdan tez özünü çatdıran qəzetin baş yazarı Əli Mahmud olduqca həyəcanlı görünürdü, sanki Şuşada qarşılayır qonaqlarını. Həqiqətən də bu mənzərə çox təsirli idi. Dəniz də öz işində idi, həyəcanın içinə başqa bir rəng qatırdı. Mənə elə gəldi ki, baş redaktor çox narahatdır, bəlkə də ona elə gəlirdi ki, dəvətlilər vaxtında gəlib çıxa bilməyəcək. Ancaq deyim ki, Əli Mahmudun narahatlığına heç bir əsas yox idi. Qonaqlar bir-bir gəlməyə başladı. Həqiqətən də çox səmimi atmosferdə keçdi yubiley gecəsi. Onu da mübaliğəsiz olaraq deyim ki, bura gələnlərin hamısının içində, ürəyində bir qarabağlılıq təəssübü, qarabağlılıq ruhu vardı. Ayrı-ayrı bölgələrdə doğulan insanların bir arada qarabağlı olaraq toplaşması həqiqətən də qürurvericidir. Məclis başlamamışdan əvvəl qəzetin baş redaktor müavini Fariz Çobanoğlu mənə dedi ki, bilirsən, bura dəvət edilən və gələn adamların hamısı sözə və Qarabağ sevgisinə, Qarabağ mübarizəsinə sədaqətli adamlardır. Həmkarımın sözündə yanlışlıq yox idi. Düz deyirdi, məclisdə olanların hamısı mənən, ruhən, qəlbən Qarabağa bağlı adamlar idi. Tədbirdə "Qarabağa aparan yol" qəzetinin "10 il erməni işğalçılarına qarşı və Qarabağa qayıdış uğrunda mübarizə meydanında" loqosu ilə nəşr edilən xüsusi buraxılışı da qonaqların xoşuna gəldi. Qəzetin adı və məqsədi, tutduğu yol bir-birilə uyğunluq təşkil edirsə, çuğlaşırsa, bu artıq nəşrin uğuru deməkdir.
Yubiley tədbirini qəzetin təsisçisi və baş redaktoru Əli Mahmud açaraq qonaqları salamladı və bildirdi ki, mərasimə toplaşanların hər biri qarabağlıdır: "Mən sizi bura ona görə dəvət etməmişəm ki, qəzeti, fəaliyyətimizi tərifləyəsiniz. Çağırmışam ki, bu illər ərzində qəzetimizə dəstək olduğunuz, bizimlə əməkdaşlıq etdiyiniz, xoş sözlər dediyiniz, hətta nöqsanlarımızı tənqid etdiyiniz üçün sizə minnətdarlığımı bildirim. "Qarabağa aparan yol" qəzeti üçün heç vaxt bölgə söhbəti olmayıb. Hətta qəzetimizin "Ən yaxşı qarabağlı" rubrikası olub və burada ruhu Qarabağa bağlı olan müxtəlif məkanlarda doğulan insanlara yer vermişik. Bura gələnlərin hamısını ən yaxşı qarabağlı sayıram".
Baş redaktor sonra sözü Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərova verdi. B.Səfərov çıxışında vurğuladı ki, 10 illik yubileyi qeyd edilən qəzet, sözün həqiqi mənasında, Qarabağ mövzusunu hər zaman diqqətdə saxlayıb və oxucuları o torpaqlara bağlayıb: "Bu qəzeti mütəmadi olaraq izləyirəm. Mən Əli Mahmudu hələ o orta məkbətdə oxuduğu illərdən tanıyıram. Bizim dostluğumuzun tarixi az qala yarım əsrdir. Bu dostluğun yaşı çoxdur, uzun illər dostluq etmişik, dostluğa möhkəm olmuşuq. Əli hər zaman mərd, prinsipial olub. Onun Dağlıq Qarabağ hadisələri başlayanda gördüyü işlər, yazdığı yazılar, rus canişini Arkadi Volskinin üzünə dediyi sözləri indi də unuda bilmirəm. O qeyrətli oğul kimi həmişə öz sözünü deyirdi. "Qarabağa aparan yol" indi bizim Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Ağdamımız, Xocalımız, Cəbrayılımızdır. İnanıram ki, bu qəzeti təkcə Şuşa, Laçın camaatı deyil, işğal olunmuş rayonlarımızın hər biri özünə doğma bilib, sevə-sevə oxuyur. Çünki insan bütün həyatı, yaşamı boyu özünə bir könül həmdəmi, dərd ortağı axtara-axtara dünyanı gəzib dolaşır. "Qarabağa aparan yol", bir qədər obrazlı desək, dərdimizin ortağı, şərikdir. Çünki hər bir qaçqın və məcburi köçkünün, yurdundan zorən qovulmuş hər bir soydaşımızın ağrı və istəyini, bu qəriblərin qərib ağrılarını daşıyır, ifadə edir, öz səhifələrində Vətəndən cüda düşmüş dünyamızın mənəvi xəritəsini, portretini yaradır...".
Mətbuat Şurasının sədri Əflatun Amaşov da tədbirdə çıxış etdi: "Tarixi zərurətdən yaranan mətbu nəşr ötən müddətdə baş verənlərin, yaşantıların güzgüsü və salnaməsidir. "Qarabağa aparan yol"da jurnalistikaya qəlbən bağlı, Qarabağ həsrətli, ümidli, peşəkar insanlar cəmləşib.
Qəzet Qarabağa qayıdışın reallığını insanlara təlqin edir. Yaddaşları ayıq saxlayır, erməni işğalçılarına qarşı nifrət aşılamaqla kifayətlənmir, hər bir qarabağlını torpaqların azadlığı uğrunda mücadiləyə hazır olmağa çağırır".
"Azərbaycan" nəşriyyatının direktor müavini Allahverdi Məmmədov da çıxışında bildirdi ki, Əli Mahmudun yazılarını, fəaliyyətini uzun illərdir izləyir. Nəşriyyatın direktor müavini qeyd etdi ki, "Qarabağa aparan yol" qəzetini başqa qəzetlərdən fərqləndirən əsas bir məsələ var: "Bu qəzetdə kəşf etdiyim bir məqamı başqa qəzetlərdə görməmişəm. Qəzetdə redaksiya qeydi var: "Dövlətçiliyimizə, milli birliyimizə, ordumuza, iqtisadiyyatımıza, dilimizə, dinimizə, ərazi bütövlüyümüzə və mənəvi-əxlaqi dəyərlərimizə xələl gətirən yazıları qəbul etmir". Bu olduqca vacib bir məsələdir və çox dəyərlidir. Yubiley münasibətilə qəzetin baş redaktorunu, kollektivini ürəkdən təbrik edirəm. Arzu edirəm ki, o torpaqlar geri qayıtsın və tezliklə qəzetin adı dəyişsin, zəfərlə bağlı bir ada sahib olsun. İnanıram ki, bu gün tez gələcək".
"Bakı-Xəbər" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də "Qarabağa aparan yol" qəzetinin 10 illik yubileyi münasibətilə qəzetin baş redaktorunu və kollektivini təbrik etdi: "Əgər siz "Bakı-Xəbər" qəzetinin yubileyinə gəlsəydiniz, bizim qəzetə 20, 30, 100 il ömür arzulayardınız. Amma təəssüflənirəm ki, mən sizin qəzetə bu yaşı arzu edə bilmirəm. Kaş bu qəzet 10 yaşa gəlib çatmayaydı və cəmi bir il yaşayaydı. Lakin Qarabağ problemi bizdən asılı olmayan səbəblərə görə, beynəlxalq təşkilatların ikili standartlardan yanaşdıqları üçün hələ də həll olunmamış qalır. Qəzetin rəhbəri Qarabağ məsələsi həll edilmədiyi üçün buna etiraz olaraq 2005-ci ildə "Qarabağa aparan yol" qəzetini nəşr etdirdi. Bəlkə də ümid edirdilər ki, bu qəzetin çox az sayı çıxacaq. Ancaq belə olmadı. Arzu edərdim ki, bu qəzet özünün 11 yaşını qeyd edə bilməsin və tezliklə o yurdlara qayıdaq və qəzetin adı dəyişsin və başqa ad altında nəşrini davam etdirsin".
Filologiya elmləri doktoru, professor Nizami Tağısoy da çıxış edərək bildirdi ki, Qarabağ torpağının əlimizdə olmaması, bu torpaqlardan ayrı düşməyimiz onu bir ziyalı kimi hər zaman narahat edir: "Qəzet düşmənlərimizin-ermənilərin daxili aləmini yerli-yataqlı açmaq baxımından xeyli əsaslı iş görüb...".
O, hesab edir ki, "Qarabağa aparan yol" qəzetinin yaradıcı kollektivi öz missiyasını layiqincə daşıyır, fəaliyyəti ilə bizi o yola yaxınlaşdırır.
Azərbaycan Mətbuat Şurasının katibi Rəhim Hüseynov da çıxışında qəzetin yaradıcı heyətini təbrik edərək bildirdi ki, yaxın günlərdə "Qarabağa aparan yol" qəzeti Mətbuat Şurasına üzv qəbul edilə bilər. R.Hüseynov da qəzetin bu on ildə gördüyü işləri, fəaliyyətini yüksək qiymətləndirdi və qeyd etdi ki, o öz missiyasını layiqincə yerinə yetirir.
Filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva çıxış edərək qeyd etdi ki, "Qarabağa aparan yol" qəzeti 10 ildir haqqımızı, ədaləti müdafiə edir, dünyaya Azərbaycanın haqq savaşında olduğunu səhifələrindəki ictimai-siyasi və ədəbi məzmun kəsb edən yazıları ilə çatdırır: "Bu qəzet hər şeydən öncə ziyalı qəzetidir. Ziyalının, söz adamlarının, qələmə ürəkdən könül verənlərin ümid yeridir...".
Filologiya elmləri doktoru, professor Minəxanım Təkləlinin tədbirdə çıxışı emosional çalarları ilə yadda qaldı: "...Redaksiya özü mənə balaca bir Qarabağ guşəsini xatırladır. Burada el-oba həsrətliləri görüşür, çox keçmədən söhbət gəlib şirin anların üstünə çıxır. Buradakı görüşlər mənə bu redaksiyanı doğma yerim-yurdum, obam qədər mərhəm edir. Var olsun Vətənin hər bucağının kişi qeyrətini çəkənlər...".
Qəzetin redaktor müavini Fariz Çobanoğlu isə bildirdi ki, zaman vardı sufi şeyxləri, təriqət başçıları, görkəmli fikir adamları müridlər yetişdirir, o müridlər əsas missiyanı daşıya-daşıya, fikirləri yaya-yaya yollarda yaşa dolur, kamilləşirdi: "Bizim də işimiz bir növ belədir. Sufi şeyxlərinin müridləri kimi gəldiyimiz yolda Qarabağ həqiqətlərini ifadə etməyə çalışmışıq və o yurdu təbliğ etmişik".
Görkəmli qələm adamlarından olan, tədqiqatçı Şəmistan Nəzirli də kollektivi təbrik edərək bildirdi ki, bu qəzetdə Azərbaycanın hərb tarixinə geniş yer ayrılır, o cümlədən onun hərb tariximizdə müstəsna xidmətləri olan məşhur qarabağlı generallar və digər hərbçilər haqqında yazdığı məqalələr "Qarabağa aparan yol"da çap olunur.
Daha sonra AYB üzvü, şair, əməkdar müəllim Əyyub Şırlanlı, qəzetin yaxın dostu, ziyalı Altay Hacıyev, professor Fərrux Rüstəmov, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzli çıxış edərək qəzet kollektivini təbrik etdilər.
"Ədalət" qəzetinin əməkdaşı, tanınmış şair-publisist Əbülfət Mədətoğlu isə bildirdi ki, qəzetin yubileyini həm özünün, həm də qəzetin rəhbəri, millət vəkili Aqil Abbasın adından təbrik edir. O, A.Abbasın təbrikini oxudu: "Uğurlarına sevinirəm və birlikdə Qarabağda da sevinəcəyimizə inanıram. İnanıram ki, Qarabağa gedən yol bizi mütləq Şuşada qarşılaşdıracaq".
Biz də "Qarabağa aparan yol" qəzetinin 10 illik yubileyi münasibətilə baş redaktor Əli Mahmudu və kollektivi təbrik edir, 11 yaşlarını Şuşada qeyd etmələrini diləyirik.
İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ