Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü” keçiriləcək. Bu barədə baki-xeber.com Nazirliyin mətbuat xidmətindən məlumat əldə edib.
Məlumatda bildirilir ki, həmin gün ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcək.
"Açıq qapı günü”ndə hərbi hissə komandanlığı ilə valideynlərin görüşünün təşkili, konsert proqramları və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.