Şəki Şəhər (Rayon) Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də şəhər sakini Məmmədəli Nadirovu qızı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat almış həmyerlisi, əvvəllər məhkum olunmuş Elşən Hüseynov tutulub. Baki-xeber bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən alıb.
Xəbərdə o da bildirilir ki, E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb.