Rusiya prezidenti Vladimir Putin İraqın Baş naziri Heydər Əl-İbadiyə məktub yazıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə iastinadən xəbər verir.
Rusiyanın Bağdaddakı səfiri İlya Morqunov vasitəsilə çatdırılan məktubda Putin İraq rəhbərliyini "İŞİD-lə mübarizədə, xüsusilə silahlanma və informasiya mübadiləsində daha yaxından əməkdaşlığa” dəvət edir.
İraq hökuməti dəftərxanasından verilən xəbərə görə, Baş nazir Əl-İbadi Rusiya ilə əməkdaşlığa müsbət baxır. Əl-İbadi qeyd edib ki, "İŞİD-lə mübarizədə ölkənin beynəlxalq dəstəyə ehtiyacı var”.
Hökumətdən bildiriblər ki, İraq öz fəaliyyətini Rusiya ilə koordinasiya edir.