İspaniyada rəsmi səfərdə olan ABŞ dövlət katibi Con Kerri İspaniya XİN başçısı Xose Manuel Qarsia Marqalya ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxış edib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Kerri çıxışında deyib ki, Fransanın "Əl-Əksa məscidinə beynəlxalq müşahidəçilər göndərilməsi” təklifinin detalları ilə bağlı informasiyaya malikdir. Lakin o bildirib ki, bundan konkret nəticə gözləmir. Kerri onu da deyib ki, Qüdsdəki məscidin statusunun dəyişdirilməsilə bağlı ABŞ-ın heç bir təklifi yoxdur.
Dövlət katibinin sözlərinə görə, onlar Rusiyanın Suriyada mövcudluğunun yeganə məqsədinin Əsədin müdafiəsi olmasından narahatdır. "Rusiyanın Suriyada mövcudluğu cihad tərəfdarlarını və qaçqın sayını artırır. Bununla belə, hələ də İŞİD-lə mübarizənin və problemin siyasi həllinin tapılması istiqamətində qarşılıqlı anlaşmanın əldə olunması üçün imkanlar var” – deyə o bildirib.