İranın hərbi gəmiləri Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə İranın "MEHR" agentliyi məlumat verir.
Məlumata görə, eksadranın komandiri Əhməd Rza Baqiri deyib ki, İranın şimalında Bəndər-Ənzəli şəhərindən üç gəmi bazar günü Həştərxana yola düşüb: "Səfər əvvəlcədən planlaşdırılıb. 14 günlük səfərdə "Dəmavənd" esminesi, "Cuşan" və "Peykan" adlı iki raket kateri və 200 hərbçi iştirak edir. Həştərxandan sonra eskadra Bakıya dostluq səfəri edəcək və iki həftədən sonra İrana geri dönəcək".