Polis idarəsində istintaqı başa çatan şübhəlilər bu gün səhər saatlarında prokurorluğa təhvil verilib və onların ifadəsi alınıb. Prokurorluq onlardan 6 nəfəri barəsində həbs tələbilə növbətçi məhkəməyə müraciət edib, 4-nü sərbəst buraxıb, biri haqqında isə istintaq nəzarətinin həyata keçirilməsini istəyib.
Cinayət işi üzrə növbətçi hakim isə onlardan 4-ü barəsində həbs qərarı çıxarıb, 2 nəfəri nəzarət altında olma şərtilə sərbəst buraxıb, digər şübhəli haqqında isə nəzarətdə saxlanma qərarı verib.
Nəzarət qərarı ölkədən çıxma qadağası və polis mərkəzinə hər gün imza verməyi nəzərdə tutur. Məhkəmə, həmçinin, 9 nəfər barəsində onların yoxluğu halında həbs qərarı çıxarıb.