"Bu gün Şimali Kipr Türk Cumhuriyyəti üçün yeni era başlayır. Tarix bir mərhələni iki yerə bölür: bu günə qədərki dönəm, bundan sonrakı dönəm. Bu torpaqların su təchizatı belə bir böyük önəm daşıyır”. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu sözləri Türkiyədən bu ölkəyə su verilməsi layihəsinin açılış mərasimində ŞKTC prezidenti Mustafa Akıncı deyib.
Akıncı layıhənin ərsəyə gəlməsində prezident Ərdoğanın əməyini xüsusi qiymətləndirib, əlavə edib ki, layihənin arxasında o, bütün gücü ilə dayanıb.
Akıncı deyib ki, Türkiyədən gələn 75 mln kubmetr suyun hər damlası qiymətlidir, bu səbəbdən əlaqədar qurumları suyun rasional istifadəsinə maksimum diqqət göstərməyə çağırıb.
ŞKTC baş naziri Ömər Soyer Kalyoncu isə layihəni Türkiyə - Şimali Kipr münasibətlərinin ən parlaq əsəri adlandırıb.