Türkiyə bu günə kimi Ukraynada yaşayan, hərbi konflikt üzündən ölkəni tərk etməyə məcbur olan 3 min ahıska türkünün üzünə qapılarını açıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinin xəbərinə əsasən bildirir.
Xəbərə görə, prezidenr Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, onlar Türkiyəyə gətirilərək onlar üçün Ərzincan və Qarsda ayrılmış yaşayış yerlərilə təmin olunacaq və burada yeni həyata başlayacaqlar. Beləliklə, 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindən Ukraynaya miqrasiya etmiş 677 ahıska türkü daimi yaşayış yeri əldə edəcək. Ümumdünya ahıska türkləri assosiasiyasının baş katibi Fuat Uçar AA müxbirinə deyib ki, türkiyə rəhbərliyi bu ilin martında Ukrayna səfəri zamanı assosiasiyanın sədri Ziyəddin Kassanov ilə görüşüb. Məhz onun təqdim etdiyi hesabatla tanış olan Ərdoğan ahıska türklərinin buradakı çətin vəziyyətindən xəbər tutaraq onların Türkiyə Tespublikasına köçürülməsi barədə qərar qəbul edib. "Türkiyənin prezidentinə və baş nazirinə bizə göstərdikləri dəstəyə görə minnətdarıq” – deyən Uçar bir müddət burada yaşadıqdan sonra Türkiyə vətəndaşlığı alacaqlarını da bildirib.