Diyarbəkir Cumhuriyyət baş prokuroru Ramazan Solmaz HDP sədri və İstanbuldan seçilmiş millət vəkili Səlahəddin Dəmirtaş barəsində iki ayrı istintaq başladığını açıqlayıb. Solmaz bu istintaqların Dəmirtaşın 9 sentyabr tarixində mətbuata verdiyi açıqlamalarda cinayət tərkibinin olması ilə bağlı başladıldığını bildirib. İstintaqlardan biri "Türk millətini, Türkiyə Cumhuriyyəti dövlətini, dövlətin qurum və orqanlarını aşağılamaq”, digərinin isə "Açıq təhqir, Cumhurbaşqanına həqarət, terror qruplaşması təşviq etmək” maddələrilə açılıb. Prokuror açıqlamasında, eyni zamanda, Ədliyyə nazirliyinə Dəmirtaşın üzərindən millət vəkili toxunulmazlığının qaldırılması ilə bağlı xahişnamənin də göndərildiyini bildirib.