Rusiya son günlər Suriyaya 2 tank-desant gəmisi, təyyarələr, eyni zamanda, dəniz piyadaları kontingenti göndərib. Baki-xeber.com-un Reuters-ə istinadən xəbərinə görə, belə bir iddia ilə Vaşinqton çıxış edib. Amerikalı məmurların Livan mənbələrinə istinadən bildirdiyinə görə, Suriyada ruslar Əsəd qüvvələri tərəfində döyüşür. ABŞ administrasiyasından anonimlik şərtilə Reuters-ə bildiriblər ki, rusiyalı hərbçilərin Suriyada məqsədi aydın deyil. Onlar Moskvanın hərbi aviasiyasından Əsədi dəstəkləmək üçün istifadə edə biləcəyini istisna etmir. Suriyadakı situasiyanın hərbi yöndən inkişafına bələd şəxslər bəyan ediblər ki, Ruslar döyüşlərdə istirak edir, lakın hələlik az sayda qüvvə ilə:”Bir hissə döyüşlərdə iştirak edir, amma onlar hələlik həlledici döyüşə qoşulmayıblar”. Başqa bir mənbə isə onların döyüşlərdə aktiv iştirak etdiyini bildirib.
Rusiyanın müdafiə nazirliyindən məsələni şərh etmək istəməyiblər. Elə Suriyanın da rəsmi şəxsləri bu mövzuda danışmaq istəmir və ya deyilənləri təkzib edirlər. Rusiya XİN-dən isə bildiriblər ki, rus hərbi peşəkarlar Suriyada yalnız terrorizmlə mübarizədə istifadə olunan texnika ilə bağlı yerlilərə təlim keçir. Nazirlikdən onu da bildiriblər ki, Rusiya Əsədə sovet dövründə də silah-sursatla dəstək göstərib və bu dəstək hazırkı konflikt boyu da davam edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələyə "Mən XİN-in açıqlamasına heç bir şey əlavə edə bilmərəm” sözlərilə münasibət bildirməklə kifayətlənib.