İran Suriyaya humanitar yardım daşıyan Rusiya təyyarələrinə özünün hava məkanından istifadə icazəsi verib. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadla xəbər verir. Bildirilir ki, Tehrandakı Rusiya səfirliyinin press-attaşesi Maksim Suslov xəbəri təsdiqləyib. "Bugünkü günə Rusiya Səfirliyi təyyarələrimizin Suriyaya İranın hava məkanından istifadə edilməklə humanitar yardım aparması üçün icazə alıb”- deyə Suslov qeyd edib. Suslov onu da qeyd edib ki, Rusiya tərəfi iranlı həmkarları ilə bu məsələlərdə sıx təmasın saxlanmasının tərəfdarıdır.
Qeyd edək ki, bu günlərdə Bolqarıstan eyni məsələ iləbağlı Rusiyanın istəyini geri çevirmişdi. Daha əvvəl isə ABŞ təhlükəsizlik səbəbində Yunanıstana öz hava məkanından Rusiya təyyarələrinin istifadəsinə qadağa qoymasını istəmiş, lakin Afina bunu qəbul etməmişdi.