Türkiyənin İqdır vilayətinin Dilucu qəsəbəsində PKK hücumu nəticəsində şəhid olmuş 13 polis əməkdaşının 9-nun cənazəsi hərbi təyyarə ilə Ankaraya gətirilib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinsdla xəbər verir. Cənazələrin təcili yardım maşınları ilə İqdır aeroportuna gətirilməsinin ardından burada onların xatırəsinə mərasım təşkil olunub. Türkiyə daxili işlər naziri Səlamə Altınokun da iştirak etdiyi mərasimdən sonra hərbi təyyarə Ankaraya istiqamət götürüb.Yerli vaxtla saat 0.10-da təyyarənin Etimesut hava limanına enməsinin ardından Türkiyənin 11-ci prezidenti Abdullah Gülün cangüdəni olmuş Fəhmi Şahin və keçmiş iqtisadiyyat naziri Kamal Dərvişin cangüdəni olmuş Əli Koçun ənazələrə yaxınlarının müşayiətilə İbn Sina xəstəxanasının morquna aparılıb.
Həlak olmuş polislər Nəbi Gündoğan və Bəkir Fərhadın cənazələrini almaq üçün Kırıkkale bələdiyyəsinin cənazə maşını hətta təyyarə enməmişdən burada olub və yaxınlarının müşayiətilə mərhumların cənazələrini götürərək Kırıkkaleye yola düşüb.
Daha sonra həlak olmuş baş komissar Yusuf Elgenci və Adə Canqurtaranın cənazələri Zonquldağa, Burak Zoranın cənazəsi Samsuna, Hasan Esər Dənizliyə, yaşar Oqançayın cənazəsi isə Boluya göndərilib. Yaxınları şəhid cənazələrini öz maşınları ilə müşayiət edib.