Bazar günü günü, 21 iyun 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İndi ki, neft hasilatımız artmır, bəs niyə inkişaf edirik?
Tarix: 09.09.2015 / 04:51
Bölmə: Gündəm
Prezident İlham Əliyevin son müşavirədəki çıxışından ən düşündürücü fikirlər...
"Dünya böhranının əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır"
Heç bir sosial proqram ixtisar edilməyəcək
Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib (Trend). Dövlət başçısı müşavirədə çıxış edərək bildirib ki, dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb. Həm Avropada, həm Asiyada iqtisadi tənəzzül müşahidə olunur.
Dövlət başçısı qeyd edib ki, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var: "Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır".
Prezident deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: "Onlar xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür.
Qarşıdurma meylləri güclənir və postsovet məkanı əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir, xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın, hansı ki, yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar Avropaya üz tutub və sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda böyük köç müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, biz bu mənzərə ilə üzləşirik və əlbəttə ki, bu, böyük humanitar fəlakətdir. İlk növbədə bu, ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Və onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir".
Prezidentin sözlərinə görə, əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır: "Ancaq bu gün ki, bu insanların bir hissəsi Avropa qitəsinə üz tutub, indi bütün Qərb mediası gecə-gündüz bu görüntüləri yayır və sanki insanları bu vəziyyətdə günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə onların humanitar fəlakətidir".
Mənzil-kommunal təsərrüfatı nə qədər insanları incidir
"Dərman preparatlarının bazarının tənzimlənməsi işində çox ciddi dönüşə nail olduq. Sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin 2-3 dəfə aşağı salınması təmin edilib" - deyə Prezident bildirib.
Prezident qeyd edib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: "Korrupsiya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım Fərman əsasında "ASAN xidmət"ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir. Nə qədər qanunsuz tələblər irəli sürülür, nə qədər insanları incidirlər. İndi hər şey asan olacaq - "ASAN xidmət"də".
İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var: "İnsanları incidirlər. Onların qarşısına əsassız tələblər qoyulur. Bu sahənin bir hissəsini "ASAN xidmət"ə vermişik. Gələcəkdə də hər sahədə "ASAN xidmət"in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir".
"Azərbaycanda "Maydan hərəkatı"nı yaratmaq istəyirdilər"
"Bu çirkin ssenarilər ki, bu gün Yaxın Şərqdə baş verir, Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, ondan sonra 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda "ərəb baharı"nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu qaçılmazdır" - deyə Prezident İlham Əliyev bildirib.
Prezident bildirib ki, burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar: "Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda "Maydan hərəkatı"nı yaratmaq istəyirdilər, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli "5-ci kolon"un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən açıq deyirəm, başqa cür bunu qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi. Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi inkişafda olan, açıq, tolerant bir dövlətdir".
İlham Əliyev daha sonra deyib: "Biz kimə mane oluruq? Heç kimə. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq istəyirlər, hər yerdə marionet görmək istəyirlər, ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər".
Dövlət başçısının sözlərinə görə, ancaq iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox: "Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalqla iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır, təminatçısıdır və bütün bizim uğurlarımıza xor baxanlar da bunu bilsinlər. Biz heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik, Azərbaycanın müstəqil həyatını təmin edəcəyik. Məhz bunun nəticəsində, bu siyasətin nəticəsində biz ölkəmizi bu böyük bəlalardan qoruya bildik. Baxın, Ukraynada nələr baş verir, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada, başqa ölkələrdə nələr baş verir. O ölkələrin artıq ərazi bütövlüyü demək olar ki, pozulub, ölkələr idarəedilməz vəziyyətə düşüb. Yaxın Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün bilmirəm, nə kimi işlər görülməlidir. Yəni müsbət meyllər gözə dəymir".
İlham Əliyev qeyd edib ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir: "Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə qarşı uzanan o çirkli əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik".
Hökumət yeni situasiyada işləyəcək
Prezident bildirib ki, hökumət yeni situasiyada işləyəcək. Dövlət başçısı qeyd edib ki, bu müddət ərzində neftin qiyməti kəskin şəkildə aşağı düşüb: "Əlbəttə ki, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalıydıq və bu günə qədər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bizə kömək etdi ki, biz minimum itkilərlə bu vəziyyətdən çıxaq. Baxmayaraq ki, bu da təbiidir, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti yüz dollardan yuxarı idisə, bu gün əlli dollardan aşağıdır. Yəni iki dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin".
İlham Əliyev bildirib ki, bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir: "Bax, bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, əlbəttə, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il iqtisadi inkişaf Azərbaycanda çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını müzakirə edərək bunlara da toxunacağıq. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz çox yüksək nəticələrlə ili başa vuracağıq. ÜDM təxminən 6 faiz artıb, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artıb. Qeyri-neft sənayesi 14 faiz artıb. Yəni bütün bunlar böhranlı ildə əldə edilən nailiyyətlərdir".
Prezident deyib ki, dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir: "Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var. Biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlardır ki, bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il "Fitch Ratings" agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim "BBB-" səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa xəbər kimi təqdim edilmişdi, halbuki bu, çox böyük hadisədir. İndi baxsınlar başqa ölkələrin kredit reytinqlərinə. Hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar: "Azərbaycanda neft hasilatı var, ona görə də Azərbaycan inkişaf edir". Yaxşı, neft hasilatı Azərbaycanda artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Yenə də biz inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan qüvvələri, islamofob qüvvələri, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi də. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik ki, "beşinci kolon", milli satqınlar, xainlər burada meydan oxusunlar və imkan verməyəcəyik. Bax, budur bugünkü ümumi siyasi və iqtisadi mənzərə. Mən bir də demək istəyirəm ki, ilin sonuna qədər biz bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Və gələn il əlbəttə ki, hökumət daha fəal, çevik işləməlidir ki, gələn il də bizim iqtisadiyyatımız artsın".
Dövlət başçısı xatırladıb ki, bir neçə gün bundan əvvəl hökumətin iclasında gələn ilin büdcəsi müzakirə edilmişdi: "Mənə artıq məruzə edildi, biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Demək istəyirəm ki, gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosialyönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Və çalışmalıyıq ki, vəsaitə qənaət edək.
Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, tezliklə ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək və məhz ona görə bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə vəsait ayırırdıq ki, daha da sürətlə inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Amma bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir, ancaq köklü şəkildə burada çox ciddi dönüş yaranıb. Sosial-infrastruktur layihələrinin bir çoxunu icra etmişik və ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıb: infrastruktur layihələri, kreditləşdirmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, ən əsas məsələlər orada öz həllini tapacaq. İlk növbədə qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, burada heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb tikintisi, uşaq bağçalarının tikintisi, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək".
Azərbaycan Prezidenti vurğulayıb ki, hökumət yeni situasiyada işləyəcək: "Neft gəlirləri azalır. Ona görə də daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi bəzi vaxtilə alınmış əmlakların qiyməti düşdüyünə görə, xüsusilə avro-dollar məzənnələrinin arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb, ancaq reallığa baxanda görərik ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.
Bax, bu səpkidə bütün işləri görürük. Bir də demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. 2016-cı ildə də biz uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, ilin sonuna qədər, xüsusilə gələn ilin xərcləri ilə, investisiya proqramları ilə, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımlı olmayan xərclərə yol verməyən bir büdcə olmalıdır".
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı
Tarix: 19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? –
Vikiliks açır...
Tarix: 19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi -
amma qurultay tələbi keçməzsə...
Tarix: 19.06.2026 / 08:45
Sənətçi etiraz etdi -
“Xəbərim yoxdu…”
Tarix: 18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...
Tarix: 17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı -
Vens “gedəcək”…
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 16.06.2026 / 17:47
Köçəryanın ölkədən çıxışına imkan verilmədi, hava limanında sənəd yoxlanışı görüntüləri mediaya sız(dırıl)dı
Tarix: 16.06.2026 / 06:15
ABŞ-nin Ermənistana marağının uzun bir tarixi varmış -
ekspert sonu TRİPP-ə bağladı
Tarix: 09.06.2026 / 12:34
Özgür Özelin təklifi Kılıçdaroğlunu çaşdırdı...
Tarix: 09.06.2026 / 12:10
Özgür Özəlin Ərdoğana cavabı bütün Türkiyənin gündəminə çevrildi...
Tarix: 09.06.2026 / 07:02
Köçəryan seçkinin nəticələrinə inanmır -
etirazlar gündəmdə…
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...
Tarix: 18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...
Tarix: 18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...
SON XƏBƏRLƏR
21.06.2026 / 05:56
Meloninin Trampa cavabı sərt oldu -
“Sizin işiniz deyil…”
21.06.2026 / 05:40
Tramp Ukraynanı bu dəfə qadınlar prizmasından dəyərləndirdi -
“…onlar istisnadır”…
20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk"
- Azərbaycan XİN
20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi
– “UPA gərginliyi” artır...
20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi
- Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...
20.06.2026 / 20:56
ŞOK...
Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...
20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama
– SEPAH gəmilərə xəbərdarlıq etdi...
20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı
– Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...
20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…
20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı
- E5 formatı yaradılır...
20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib -
Moskva maraqlı görünmür…
20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...
20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi
- FOTO
20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi
- bir həftə vaxtınız var, əks halda...
20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək
20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım
- Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...
20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib
20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir"
- MEDİA
20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...
20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi
20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...
20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb
20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı -
Antiphellos Teatrı…
20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib
20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub
20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı
20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək
20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi -
cavab sərt oldu…
20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı
– bu ehtimal çox yüksəkdir...
20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması -
“…mən nə deyirəmsə onu edirlər”
20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”
20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”
20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...
20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi
20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı
20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” -
Barak Obama
20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi -
Gərginlik artır…
20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? -
Heqset mümkün sayır…
20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi -
Tuskun reaksiyası gündəmdə…
19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi
- bu dəfə daha sərt şillə yeyəcəklər...
19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi
– Elvin Şahmarlı
19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...
19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi
19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub
19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...
19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi...
dünya eşitdi...
19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi
- “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...
19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...
19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi
– XİN başçısı ABŞ səfərini ləğv etdi
19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...
19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...
19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...
19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi
19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..
19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...
19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...
19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? –
Vikiliks açır...
19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib
19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...
19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...
19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib
19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...
19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır...
Niyə?
19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...
19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı
-iddia...
19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...
19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı -
FOTO
19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu -
“İsrail qoşunları Livandan çıxmayacaq…”
19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi...
- FOTO
19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı -
“…diplomatik örtükdür”…
19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...
19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar -
3.0 konsepsiyası...
19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək
19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək
- Prezident fərman imzaladı...
19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı -
"80 yaşlı uşaq"...
19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib
19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...
Populyar xəbərlər
Tarix: 04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...
Tarix: 23.05.2026 / 18:36
Azərbaycanlı rejissor Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera” beynəlxalq mükafatına layiq görülüb
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 23.05.2026 / 10:58
Galt & Taggart:Bakı–Tbilisi dəmir yolunun yenidən açılması 2026-cı ildə turizmə müsbət təsir göstərəcək
Tarix: 13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
XƏBƏR ARXİVİ