Avstraliyanın Hərbi Hava Qüvvələri "İslam dövlətiА terrorçu təşkilatına qarşı mübarizəni genişləndirərək Suriyada İŞİD əleyhinə hava hücumlarına qoşulmaq qərarı verib. Baki-xeber.com-un ommersanta istinadən xəbərinə görə, bu barədə Kanberradakı mətbuat konfransında ölkənin baş naziri Toni Ebbot məlumat verib. O eyni zamanda qeyd edib ki, İŞİD-ə qarşı mübarizənin genişləndirilməsində ölkəsinin iştirakını ABŞ dövləti istəyib.
Daha əvvəl bildirilirdi ki, "İslam dövləti” terrorçu qruplaşmasına qarşı mübarizənin genişləndirilməsi kontestində Ftarsa dövləti koalisiyanın hava hücumlarına qoşulmaq qərarı verib. Fransa dövlətinin bu qərarı vermək istəməsi buraya Suriyadan miqrant axınının böhran həddinə çatması ilə əlaqələndirilir. Prezident Ollandın ətrafı məsələni şərh etməyib.