İraq piyadaları hərbi hava qüvvələrilə birgə əməliyyat nəticəsində "İslam dövləti” terrorçu qruplaşmasının yeganə təchizat yolu olan tuneli dağıdıb. Bu barədə baki-xeber.com qazeta.ru-ya istinadla xəbər verir. Xəbərə görə, terrorçular bu tuneli bir neçə həftə əvvəl qazıblar. 2,5 kilometr uzunluğunda olan bu tunel Əl-Fəllucənin cənubundakı sənaye rayonundan başlayaraq Əl-Həyakəl rayonunun ucqarlarında bitirdi.
Bundan əvvəl verilən xəbərə görə, İraqın ədliyyə nazirinin müavini Bağdadda oğurlanıb. Onun İŞİD tərəfindən oğurlandığı istisna edilmir.