PKK terrorçuları Türkiyənin İğdır vilayəti ərazisində, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında Dilucu sərhəd-keçid məntəqəsində çalışan gömrük işçilərini mühafizə edən polislərə hücum edib.
Baki-xeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Aralıq mahalına bağlı Hasanhan kəndi yaxınlığında baş verib.
Polislər yoldan keçən zaman PKK terrorçuları əvvəldən basdırdıqları təxminən bir ton ağırlığındakı məsafədən idarə olunan bombanı patladıblar. Hücumda 14 polis şəhid olub, 2 polis isə yaralanıb.
Təhlükəsizlik qüvvələri hücumun ardından PKK terrorçularını zərərsizləşdirmək üçün bölgədə genişmiqyaslı əməliyyatlara başlayıb.
Onu da qeyd edək ki, İğdırdakı xain hücumda şəhid olan polis məmurlarından biri - Fehmi Şahin Türkiyənin 11-ci Prezidenti Abdulla Gülün yaxın mühafizəçisi olub.