Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, jurnalist Serdar Şengül-ün aparıcılığı ilə Kıbrıs Türk TV-də yayımlanan “Net Baxış” proqramında KKTC ilə bağlı diqqətçəkən açıqlamalar verib. Feyziyev proqramda bildirib ki, “Əgər Şimali Kipr Türk Cümhuriyyətinə bir güllə düşərsə, qarşılarında güclü ordular görəcəklər”. Bu açıqlamaya münasibət bildirən Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Azərbaycanlı millət vəkilinə təşəkkür edib. Üstel vurğulayıb ki, Feyziyevin sözləri Azərbaycan xalqının və dövlətinin Kipr Türk xalqına olan qardaşlıq və dəstəyinin açıq göstəricisidir. Baş nazir əlavə edib ki, Türkiyə və Azərbaycanın dəstəyi Kipr Türk xalqı üçün böyük mənəvi gücdür və bu birlik bölgədə sülh və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Üstel, həmçinin Azərbaycan ilə KKTC arasında dostluq və qardaşlıq münasibətlərinin daha da güclənəcəyinə inandığını bildirərək, millət vəkili Cavanşir Feyziyevə açıqlamalarına görə təşəkkür edib.
SAMİRƏ