İran danışıqların bərpası üçün ABŞ qarşısında üç tələb irəli sürüb.
RİA Novosti bu barədə Livanın Əl-Mayadin televiziya kanalına istinadən xəbər verir.
“İranın şərtlərinə müharibənin bərpasına qarşı zəmanətlər, tam nüvə yanacaq dövriyyəsinin əldə edilməsi və kompensasiya daxildir"- xəbərdə deyilir.
Maraqlıdır ki, hələ bazar ertəsi günü Tehran ölkəyə qarşı davam edən hərbi təcavüz zamanı İranın cavab tədbirlərindən başqa bir şeyin müzakirə edilməsinin yersiz olduğunu bildirmişdi.
SAMİRƏ