Bazar günü günü, 27 sentyabr 2026
     

ABŞ-dan sonra İran da kürd kartından öz lehinə yararlanmağa can atır…

Image


İran prezidenti Məsud Pezeşkian kürdlərə İrana dəstəklərinə görə təşəkkür edib. O, bunu sosial media səhifəsində yazıb.

"Bu tarixi günlərdə İranı dəstəkləyən qürurlu və ləyaqətli kürd xalqına minnətdarlığımı bildirirəm. Şəhid ailələrinin və bu hadisələrin qurbanlarının kədərini bölüşürəm. Təhlükəsizliyin qarantı olaraq qubernator və silahlı qüvvələr hər hansı bir separatçı hərəkətə qətiyyətlə qarşı çıxmağa borcludurlar", - deyə o qeyd edib. "Axios" nəşri isə əvvəllər kürd qruplaşmalarının İrana quru hücumu başlaya biləcəyini bildirmişdi. Qeyd olunub ki, hərbi əməliyyat başlamazdan altı gün əvvəl beş İran kürd qrupu Tehran rejiminə qarşı mübarizə aparmaq üçün "İran Kürdüstanı Siyasi Qüvvələri Koalisiyası"nın yaradıldığını elan edib. Son həftələrdə onlar yüzlərlə üzvünü sərhədin İraq tərəfindən İran tərəfinə köçürərək İslam İnqilabı Keşikçiləri Korpusuna hücuma hazırlaşıblar. İran kürd qüvvələrini dəstəkləmək və onlardan İraqdan İrana quru hücumu üçün istifadə etmək ideyası əvvəlcə İsrailin baş naziri Binyamin Netanyahu və Mossaddan gəlmişdi və Mərkəzi Kəşfiyyat İdarəsi daha sonra bu səylərə qoşulmuşdu. Faktdır ki, ABŞ İranın qonşusu İraqdakı kürd müxalifət qruplarını silahlandırmağı nəzərdən keçirir. İraqın yarımmuxtar Kürdüstan bölgəsində İranın bir neçə kürd müxalifət qrupu var və illərdir Tehrana qarşı üsyan halındadırlar. Bəziləri İranda muxtariyyət tələb edir, digərləri isə İslam Respublikasından ayrılmaq uğrunda savaşır. ABŞ-ın İranın kürd qruplarına silah verə biləcəyi ehtimalı elə bir vaxtda gündəmə gəlir ki, ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hava bombardmanı gerçəkləşdirir. Yayılan xəbərlərə görə, Vaşinqton İranın qərb hissəsində sərhədi keçməklə quru hücumlarını dəstəkləyə bilər. Ekspertlərin fikrincə, ABŞ-ın məqsədi Tehranın hərbi resurslarını parçalamaq, dövlətin nəzarətini zəiflətmək, təxminən 90 milyon əhalisi olan çoxmillətli İranda üsyan qızışdırmaq ola bilər. Məsələ burasındadır ki, İranın ali lideri Əli Xamenei, bir sıra yüksəkrütbəli hərbi rəhbərlər qətlə yetirilib. Amma dini rəhbərlik təslim olmayıb, ölkə üzərində nəzarəti saxlayır. İsraildə yerləşən müstəqil müdafiə eksperti Maykl Horovits bildirir: "Əsas məqsəd İslam Respublikasının ölkənin bəzi bölgələri üzərində nəzarəti itirməyə başlamasını təmin etməkdir". Onun fikrincə, bir ehtimal belədir ki, bu halda digər azlıqlar və daha geniş müxalifət də ruhlana bilər: "Rejim daxilində qaçmaq, yaxud tərəf dəyişmək istəyən bəzi şəxslər də bunu vəziyyət tam nəzarətdən çıxmamış etmək zərurəti kimi görə bilərlər".

Kürdlər İran əhalisinin təxminən 10 faizini təşkil edir. Onlar əsasən ölkənin İraqla sərhədi boyunca, qərb bölgələrində yaşayırlar. İran ölkədəki etnik azlıqları, o cümlədən kürdləri sıxışdırmaqda, ayrıseçkiliyə məruz qoymaqda ittiham olunur. İran kürd qruplarının qərbi İrana mümkün quru hücumları Tehranın hərbi resurslarına gərginliyi artıra bilər. Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi və təhlükəsizlik məsələləri üzrə təhlilçisi Saşa Bruxmann deyir: "Kürd fraksiyaları koordinasiyalı şəkildə hücumlar həyata keçirsə, İnqilab Keşikçiləri (SEPAH) əlavə qüvvələr gətirməli olacaq. Bu halda onların Tehran, İsfahan və ya Kərəc kimi əsas şəhərlərdə mövqeləri zəifləyəcək. Koordinasiyanın çətinləşdiyi bir vaxtda az sayda əlavə qüvvəni hara göndərmək məsələsində rejimə dilemma yaranacaq". İraq Kürdüstanında yerləşən beş iranlı kürd müxalifət qrupu ABŞ-ın İrana hücum ehtimalını gözə alaraq ötən ay İslam Respublikasını devirmək, kürd muxtariyyətinə nail olmaq məqsədilə yeni siyasi koalisiya yaratdıqlarını elan edib. Koalisiyaya Kürdüstan Azadlıq Partiyası (PAK), İran Kürdüstanı Demokrat Partiyası (PDKI), Kürdüstan Azad Həyat Partiyası (PJAH), İran Kürdüstanı İnqilabi Xəbat Təşkilatı və İran Kürdüstanı Zəhmətkeşlərinin İnqilabi Komala Təşkilatı daxildir. Koalisiyaya İran Kürdüstanı Komala Partiyası kimi bəzi iri kürd siyasi qüvvələri daxil deyil. İran ölkə kənarında olan kürd qruplarına vaxtaşırı hərbi zərbələr endirib. Tehran bu qrupları terror təşkilatları kimi tanıyır, onları ABŞ və İsrailin maraqlarına xidmət etməkdə günahlandırır. İndi ABŞ bu qrupları silahlandırsa, həmin hücumlar daha da arta bilər. Ekspertlər deyirlər ki, İraqdakı müxtəlif iranlı kürd qruplarının dərin fikir ayrılıqlarını aradan qaldıra biləcəyi, İslam Respublikasına qarşı savaşmaq istəyi və gücünün olub-olmadığı da aydın deyil. Bruxmannın dediyinə görə, çoxdankı mübahisələr qalır və onlar meydanda həmrəylik göstərməlidirlər: "Məsələ ABŞ-dən daha yaxşı və ya daha çox silah almaqda deyil, İran rejimi ilə mübarizə aparmaq iradəsi, aralarında hərbi hücumları koordinasiya etmək bacarığı ilə bağlıdır. Bu amil kürdlərin ABŞ və İsrailin hava kampaniyasına quru komponenti kimi daxil olub-olmayacağını müəyyən edəcək". Ekspertlərin sözlərinə görə, ABŞ-nin İran kürd müxalifət qruplarını silahlandırmasının riskləri xeyli böyükdür. Horovits bu xüsusda bildirib: "Vaşinqton vətəndaş müharibəsini, ölkənin parçalanmasını tətikləyə bilər. Bunun nəticələri isə uzunmüddətli ola bilər. Bu qrupların çoxu əvvəllər silahlı olub, sonradan silahı yerə qoyublar. Onlar İrana qarşı uzunmüddətli müharibəyə girsələr və ABŞ dəstəyi sonradan yoxa çıxsa, bu onlar üçün çox təhlükəli olacaq".

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ