Yarırəsmi İran xəbər agentliyi ISNA-nın (İran Tələbə Xəbər Agentliyi) hərbi rəsmiyə istinadən verdiyi məlumata görə, İsrail və ABŞ İranda rejim dəyişikliyinə çalışmağa başlasalar, İran İsraildəki Dimona nüvə reaktorunu hədəf alacaq.
Bu barədə məlumat ABŞ-ın Tehran rejimini devirmək üçün kürd qruplarını silahlandırdığı iddialarından sonra ortaya çıxıb.
Dimona şəhərindən təxminən 13 kilometr cənub-şərqdə yerləşən və rəsmi olaraq Negev Nüvə Tədqiqat Mərkəzi adlandırılan obyekt həmçinin Dimona nüvə reaktoru kimi də tanınır.
Bu obyekt İsrailin nüvə proqramının memarlarından biri olan Şimon Peresin ölümündən sonra Şimon Peres Negev Nüvə Tədqiqatları Mərkəzi adını alıb və İsrailin nüvə proqramının mərkəzi hesab olunur.
SAMİRƏ