Dünyanın görəcəyi vəziyyətlər qabaqdadır... Haqqında çox danışılan "yeni dünya düzəni" niyyətlərinin detallarını görəcəyik. O, yeni dünya düzənini yarada biləcək, ya bilməyəcək, bunu indidən söyləmək çətindur... Ancaq hələlik atılan addımlara baxın...
Bu sözlər "Bakı-Xəbər" media qrupunun rəhbəri, politoloq Aydın Quliyevin Facebook hesabındakı paylaşımındandır. Politoloq daha sonra yazır:
Əvvəlcə: 1.BMT-ni heç nəyə yaramayan qurum adlandırdı... 2.Ölkəsini BMT-nin bir neçə xüsusi qurumundan çıxardı... 3.İsrailin dili ilə BMT-nin baş katibini "arzuolunmaz şəxs" elan etdi... 4.8 münaqişəni guya özünün təkbaşına həll etdiyini bəyan etməklə, dünyaya" BMT heç bir münaqişəni həll etməyə qadir deyil" mesajı yaydı... 5.BMT- yə üzvlük haqqı ödəməyi dayandırdı və təşkilatı 4 milyard dollar borcla buraxdı... 6.BMT 1945-ci ildən dünyada ali nəzarət və sülhyaratma missiyası apardığı halda, Qəzza üzrə "Sülh Şurası" yaradaraq bəyan etdi ki, bu şura BMT-yə nəzarət edəcək... Nəhayət, öz həyat yoldaşı Melani Trampı BMT TŞ-nin iclas sədri təyin etdirdi və "mən bununla BMT- ni böyük edəcəyəm" bəyanatı verdi... Öz həyat yoldaşını BMT TŞ sədri təyin etdirməklə BMT-ni doğrudan da "böyük etmək", ya " kiçik etmək" istədiyini təyin etməyi hər kəsin öz öhdəsinə buraxaq. Ancaq beynəlxalq hüquq və BMT qaydaları ilə maraqlanan insanlar üçün deyim ki, BMT tarixində hələ belə şey olmayıb. Adətən BMT TŞ iclaslarına sədrlik edən ölkəni ya həmin ölkənin təşkilatdakı səfiri, ya da həmin ölkənin hökumət üzvlərindən biri təmsil edir. Bildiyimizsə budur ki, Melani Tramp ABŞ dövlət sistemində bu 2 vəzifənin heç birini tutmur... Demək, burada bilinməyən bir şey var... Trampın BMT ilə bağlı olduqca ilginc planının ana məqsədini və əsas detallarını yaxınlarda təhlil edəcəyəm. Bəri başdan deyim ki, mən hər hansı məxfi məlumata-filana sahib deyiləm. Sadəcə, öz strateji düşüncəmə uyğun məntiqi təhlillərimi yazacağam...
SAMİRƏ