Hər il mütəmadi olaraq Türkiyədə təşkil olunan TEKNOFEST texnologiya yarışına qeydiyyat prosesi başlayıb.
Вu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, Şanlıurfada keçiriləcək yarışlara qeydiyyat prosesi fevralın 20-dək davam edəcək. Yarışa qoşulmaq istəyənlər https://www.teknofest.org/tr/ saytına müraciət edə bilərlər.
Qeyd edək ki, "TEKNOFEST-2026" sentyabrın 30-dan oktyabrın 4-dək keçiriləcək.