TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, bu barədə TƏBİB tərəfindən rəsmi açıqlama verilsə də, səbəb açıqlanmayıb.
O da bəllidir ki, ötən ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən TƏBİB-də yoxlamaların aparılması ilə bağlı məlumatlar yayılmışdı. Vüqar Qurbanovun vəzifədən azad olunmasının sözügedən yoxlamaların nəticəsilə əlaqəli olması istisna olunmur. İddialara görə, yoxlamalar zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. Söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.
Milli.Az TƏBİB-in artıq keçmiş olan sədri Vüqar Qurbanovun şəxsi avtomobilinin markasını və nömrəsini əldə edib.
Vüqar Qurbanovun şəxsi avtomobili 99-VJ-999 nömrəli "BMW X7" markalı minik vasitəsidir.
Sözügedən "BMW X7" markalı avtomobilin orta bazar dəyərinin 250-300 min manat olduğu deyilir.
Əli TURABOV