Bloqer Mehman Hüseynov və onun böyük qardaşı, İsveçrəyə qaçaraq orada sığınacaq almış Emin Hüseynov haqqında maraqlı məlumat yayılıb.
Bildirilir ki, demokratiya və “azərbaycanlıların hüquqları uğrunda fəal mübarizlər” - Emin və Mehman Hüseynovların mərhum anası, qızlıq soyadı Bədirzadə olan Firəngiz İbrahim qızı Hüseynova milli mənsubiyyət baxımından erməni olub.
Belə ki, İbrahim Bədirzadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə Krım tatarı) qızları Firəngiz Bədirzadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.
Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının mərhum analarının əvvəlcə Yevgeniya Qriqoryevna Ovanesova adını daşıdığını aşkarlanıb.
Doğum haqqında şəhadətnamədə anası olaraq erməni Arfeniya Sergeyevna Ovanesova göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına Qriqoryevna sonradan əlavə edilib).
Xəbərdə deyilir ki, 1967-ci ildə 20 yaşlı Yevgeniya Kustanay şəhərinin (Qazaxıstan) nikah dairəsində adını dəyişərək Firəngiz edib.
Milli.az saytı iddiaları araşdırmaq məqsədilə Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində adıçəkilən qardaşların vaxtilə qonşuları olan bir neçə sakinlə də görüşüb. Qonşular sayt əməkdaşına faktı təsdiqləyiblər.
Maraqlıdır, bu “cəfakeş” qardaşlar görəsən Azərbaycan haqqında hər cür hərzə-hədyan tirajlamağın qarşılığında sözün birbaşa anlamında erməni dayılarından “molodes”i hansı formada əldə edirlər?..
Əli TURABOV