ABŞ-ın Moskvadakı eks-səfiri Maykl Makfol 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyətinə Prezident Putinin köməkçisi Vladimir Medinskinin başçılıq etməsini kəskin tənqid edib.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Doyçe Velle” müxbirinə açıqlama verən Makfol Medinskini qeyri-ciddi persona kimi xarakterizə edib. Bildirib ki, o daha öncə də vasitəçilik missiyası yerinə yetirib və heç bir nəticə əldə etməyib. “Onun yenidən danışıqlara qaytarılması deməyə əsas verir ki, Putin də məsələyə qeyri-ciddi yanaşır”- eks-səfir bildirib.
SAMİRƏ