ABŞ-ın İmmiqrasiya və Gömrük Xidməti (ICE) Los-Ancelesdə "Azərbaycandan" olan Levon Georgiyeviç Ayrapetovun həbs olunduğunu elan edib.
Belə bir xəbərlə Ermənistanın News.am saytı çıxış edib.
Saytın xəbərinə görə, həbs edilən şəxsin geniş cinayət tarixçəsinə soyğunçuluq və oğurluq, külli miqdarda narkotik qaçaqmalçılığı, qadağan olunmuş silah saxlama və çoxsaylı lisenziyalaşdırma pozuntuları daxildir.
Soyğunçunu, cinayətkarı anladıq. Bəs onun guya "Azərbaycandan" olması hansı əsasla yazılır?
Yoxsa, vaxtilə Azərbaycan ərazisində yerli azərbaycanlılara qarşı etdiyi vəhşilikləri dünyaya tam tərsinə - "Azərbaycanın ermənilər qarşı əməlləri" kimi sırıyan və bir çox hallarda buna nail də olan Ermənistan indi də cinayətkarlarını Azərbaycan adı altında təqdim etməklə imicini təmizə çıxarmaq niyyətindədir?
Amma unutmaq lazım deyil ki, "erməni bicliyi" artıq keçmir...
SAMİRƏ