Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamı açıqladığını bildirmişdik.
DTX-nin yaydığı videomaterialda keçmiş administrasiya rəhbərinin evində aparılan əməliyyat tədbirləri nəticəsində evdən çıxan milyonların görüntüləri əks olunub.
Xatırladaq ki, açıqlamada Ramiz Mehdiyevin cinayət yolu ilə əldə etdiyi 17 milyon manatı leqallaşdıraraq mənimsədiyi bildirilib.
İstintaq tədbirləri davam etdirilir.
SAMİRƏ