Bakıda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Cey Di Vens çıxışı zamanı zarafatından da qalmayıb.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın həm də ölkənin Birinci Vitse-prezidenti olmasına toxunan Vens üzünü xanımına tutaraq, “Ümid edirəm, Vaşinqtona qayıtdıqdan sonra ABŞ-ın ikinci xanımında bu yöndə maraqlı ideyalar yaranmaz” - sözləri ilə üzləri güldürüb.
Vens Bakıda rəsmi səfərdə olmağın onun üçün böyük şərəf olduğunu da sözlərinə əlavə edib.
SAMİRƏ