Gərək Tramp Maduronu gecə ilə yatağından apartdıraydı ki, Venesuelada yüzlərlə, minlərlə siyasi məhbusun olduğu öz təsdiqini tapaydı və üstəlik, onlar azadlığa da buraxılaydı..Halbuki Maduro da, ondan əvvəki diktator prezident Uqo Çaves də ölkədə siyasi repressiyaların və siyasi dustaqların olduğunu inadla inkar edirdilər.
Bu günlərdə Venesuela parlamenti siyasi məhbusların əfvi üzrə qanun layihəsini qəbul edib.Sənəddə açıq ifadə olunur ki , yüzlərlə siyasi məhbus Çavesin dövründən başlayaraq Maduroya qədər ən müxtəlif bəhanələrlə həbsə atılıb. "Terrorizm, " ictimai nifrət", " dövlət çevrilişinə cəhd" və sair kimi dikratura rejimlərinə xas ittiham maddələri ilə məhkum edilmiş yüzlərlə siyasi məhbusun azad ediləcəyi gözlənilir.
Hər şərdə bir xeyir var dedikləri bu olsa gərək. Yəni bu insanların azadlığı üçün, görünür ki, Maduro yatağından "oğurlanıb" ABŞ- a aparılmalı imiş....
SAMİRƏ