ABŞ-nin İrandakı virtual səfirliyi Amerika vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.
Bu barədə diplomatik nümayəndəliyin rəsmi saytında xəbərdarlıq dərc olunub.
Bildirişdə ABŞ vətəndaşlarına İranı dərhal tərk etmək və ABŞ hökumətinin dəstəyinə arxalanmadan alternativ çıxış planı hazırlamaq tövsiyə olunur.
Qeyd edilib ki, ikili ABŞ və İran vətəndaşlığı olan şəxslər İran sənədlərindən istifadə edərək ölkəni tərk etməlidir. Eyni zamanda diplomatlar İranda olan amerikalılara etiraz aksiyalarına qatılmamağı məsləhət görüblər.
ZÜMRÜD