Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş katibini səriştəsizlikdə və Qərb ölkələrinin maraqlarına uyğun oynamaqda günahlandırıb.
Buna səbəb Antonio Quterreşin bir açıqlaması olub. Açıqlamasında Quterreş xalqların öz müqəddəratını təyin etmə prinsipinin, Qrenlandiyadan fərqli olaraq, Krım və Donbasa şamil edilmədiyini deyib.
Lavrov bildirib ki, Quterreş bununla qərəzsizliyi və neytrallığı qorumağı tələb edən vəzifələrini yerinə yetirmədiyini açıq şəkildə göstərdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə daha da irəli gedərək, BMT rəhbərliyinin davranışını “hədsizlik” adlandırıb.
SAMİRƏ