Hüquq təhsilində islahat bütövlükdə hüquq sistemində həyata keçirilən islahatların ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bu fikirləri “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı Ədliyyə naziri Fərid Əhmədov deyib.
Ədliyyə naziri qeyd edib ki, hüquq təhsilinin keyfiyyətində olan boşluqlar gələcəkdə ədalət mühakiməsində boşluqların yaranmasına gətirib çıxarır.
“Bu gün təhsil müəssisələrimizdən hər il 1400 hüquq məzunu buraxılır. Bunlardan 600-ü ixtisaslaşmış təhsil müəssisələri tərəfindən hazırlanır. Əmək bazarına daxil olan hüquqşünasların sayı isə azdır. Azərbaycanda hər 100 000 adama 28 vəkil düşür. Əmək bazarına kifayət qədər hüquqşünas buraxa bilmirik”.
Nazir əlavə edib ki, həmçinin ölkəmizdə hər 100 000 adama 1,5 notarius düşür.
Namiq QULİYEV