Ağsu rayonunda yerləşən “Ağsuçay” qum-çınqıl yatağı ilə bağlı keçirilən hərracın qalibi “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” Açıq Səhmdar Cəmiyyəti olub. ASC-nin 70 000 manat qiymət təklifi ilə qalib seçildiyi bildirilir.
Həcmi 90 000 kubmetr, sahəsi 6 hektar olan yatağın istismar müddəti bir ildir.
Qaynarinfo-nun xəbərinə görə, “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Abid Şərifov isə mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib.
Xəbərdə o da deyilir ki, ASC-nin əsas səhmdarlarından biri Abid Şərifovun həyat yoldaşıdır.
Maraqlıdır ki, “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin dövlət büdcəsinə 6 718 407.21 manat borcu olduğu deyilir. O halda borc içində olan şirkətin belə yüksək məbləğə yeni yataq alması maraqlı deyilmi?
ZÜMRÜD