Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi Əbu-Dabidə davam edir.
Rusiyalı mənbə TASS-a açıqlamasında "Danışıqlar başlanmış hesab edilə bilər; onlar müxtəlif yollar və formatlarda olacaq. Mətbuat planlaşdırılmır", - deyə bildirib.
İkinci raundun cümə axşamına qədər davam etməsi gözlənilir.
"Əbu-Dabidə danışıqların növbəti mərhələsi başlayıb. Danışıqlar prosesi üçtərəfli formatda - Ukrayna, ABŞ və Rusiyada başlayıb. Artıq iş ayrı-ayrı qruplarda davam edəcək və bundan sonra mövqelərin birgə sinxronlaşdırılması planlaşdırılır", - deyə Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov bildirib.
Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinə, ilk turda olduğu kimi, Rustem Umerov, Stiv Vitkov və İqor Kostyukov rəhbərlik edir.
SAMİRƏ