Ermənistan Azərbaycan və Türkiyəyə gedən dəmir yolu hissələrində bərpa işlərinin Rusiya tərəfi ilə birgə aparılacağına ümid edir. Bu barədə bu ölkənin Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib.
Bildirilir ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqaz Dəmir Yolu şirkətinə Türkiyə və Azərbaycana aparan sərhəd dəmir yolu hissələrini təcili olaraq bərpa etməyi tapşırmışdı. Hökumət başçısının sözlərinə görə, sərəncam Yerasxdan Azərbaycanla sərhədə (Naxçıvan) qədər olan hissəyə, eləcə də Axurikdən Türkiyə ilə sərhədə qədər olan hissəyə aiddir.
“Ermənistan İcevan və Axurik dəmir yolu hissələrinin bərpası ilə bağlı Rusiya ilə danışıqları davam etdirir. Biz başa düşürük ki, bu hissələrdə bərpa işləri Rusiya tərəfi ilə birgə, yəni onun birbaşa iştirakı ilə aparılacaq”, - deyə Xudatyan bildirib.
Təxmini hesablamalara görə, İrəvan təkcə dəmir yolunun təmirinə 500 milyon dollar xərcləməlidir.
SAMİRƏ