Tehran Vaşinqtonla dialoqa hazırdır, lakin lazım gələrsə, İslam Respublikası özünü müdafiə edəcək və sərt cavab verəcək.
Bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi prezident Trampın ABŞ-ın İrana yaxınlaşan "böyük armadası" və hərbi əməliyyat təhdidləri ilə bağlı açıqlamasına cavab olaraq bildirib.
"ABŞ sonuncu dəfə Əfqanıstan və İraqda müharibələrə ehtiyatsızcasına qoşulduqda 7 trilyon dollardan çox xərcləyib və 7000-dən çox amerikalının həyatına son qoyub. İran qarşılıqlı etimad və maraqlara əsaslanan dialoqa hazırdır, lakin məcbur edilərsə, özünü müdafiə edəcək və misli görünməmiş şəkildə cavab verəcək", - missiya X sosial hesabında yazıb. SAMİRƏ