Vaşinqton və Tehran arasında gərginliyin pik həddə çatdığı günlərdə ABŞ prezidenti Donald Tramp sosial media vasitəsilə İrana yeni təhdidlər yağdırıb.
Artıq ABŞ donanmasının bölgəyə yerləşdirildiyini vurğulayan Tramp Truth Social-da Tehrana qarşı keçən aylarda həyata keçirilən "Gecəyarısı çəkic" əməliyyatını xatırladaraq, "növbəti hücum daha pis olacaq" yazıb.
Onun sözlərinə görə, İran o zaman da danışıqlara boyun əymədiyi üçün ondan ötrü böyük dağıntılara səbəb olan "Gecəyarısı çəkic" əməliyyatı baş verdi: “Növbəti hücum daha pis olacaq! Bunun bir daha təkrarlanmasına imkan verməyin. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!”…
SAMİRƏ