Bu günlərdə bir tanınmış şəxsin ailəsi ilə bağlı geniş yayılmış mətbuat xəbərinə onun həyat yoldaşının özü yarımçıq reaksiya verdi. Əslində heç nəyə aydınlıq gətirmədi, əlavə suallar yaratdı və üstəlik mətbuatı da qınadı, həm də yersiz olaraq qınadı. Niyə yersiz? Xanım haqlı olaraq mətbuata müraciət etdi ki, " ailə həyatımla bağlı mənə müraciət etmədən bir şey yazılmasın"...
Bura qədər hər şey normal...Ancaq normal olmayan odur ki, xanım həm jurnalistləri onun fikrini öyrənmədən xəbər yaymaqda qınayır, həm də özü barədə yayılmış xəbərlərə heç bir aydınlıq gətirmir... Normal olmayan budur...Mətbuat, jurnalistlər bəs nə etsin? Məmurlar, məmurların yaxınları özləri danışmır, jurnalistlər yazanda isə irad tuturlar... Belə olmur.... Ya mətbuata danışmaq lazımdır, ya da yazılanlara dözümlü olmaq...
Əli TURABOV