Az əvvəl Mədəniyyət Nazirliyinin aparat rəhbəri Mustafa Abbasbəylinin nazir Adil Kərimli tərəfindən vəzifədən azad edilməsi ilə bağlı xəbər yayılmışdı. O zaman Mustafa müəllim media qarşısında hər hansı konkret açıqlama ilə çıxış etmədi. Halbuki, mediada onun nazirlikdəki kabinetinin bağlandığı, hətta daxili yoxlama aparıldığı barədə intensiv xəbərlər yayılırdı. Xəbərlər onun tərəfindən yenə cavabsız buraxılırdı. Bu günlərdə nazirlik "Oxu.az" saytına nazirin Mustafa Abbasbəylinin vəzifədən azad edilməsi ilə bağlı əmr vermədiyini bildirib...
Müstafa müəllimin bu dəfə də öz mövqeyi hələ açıqlanmayıb.
Belə vəziyyətdə normal olan odur ki, Mustafa Abbasbəyli özü haqqında əsl həqiqəti bəyan edərək bütün söz-söhbətlərə son qoysun.
Əgər bunu etmirsə, onun barəsində mediada yayıla biləcək hər cür məlumatın məsuliyyətini ilk növbədə özü daşımalı olacaq.
Xatırladaq ki, bir neçə il əvvəl Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin edilmişdi...
Hazırda isə onun bu vəzifədə həqiqətən qalıb-qalmadığını özündən başqa dəqiq bilən bir də hörmətli nazir Adil Kərimli olar...
Namiq QULİYEV