Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqların növbəti mərhələsi 1 fevralda Əbu-Dabidə keçiriləcək.
Reuters agentliyi bu barədə ABŞ rəsmisinə istinadən xəbər verir.
Danışıqların ilk mərhələsi 23 və 24 yanvarda baş tutub. Axios agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələr konstruktiv və müsbət keçib.
Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarə rəisi İqor Kostyukov rəhbərlik edib. Amerika tərəfini ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov, Ukrayna tərəfini isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerov təmsil edib. SAMİRƏ