Ermənistanın işğalı dönəmində Qarabağda yaşamış erməni ailələri yenidən etiraza qalxıblar. Sputnik Armenia-nın xəbərinə görə, 44 günlük müharibədə övladlarını itirmiş ailələr əlaqədar qurumlardan oğullarının qalıqlarının Ermənistana qaytarılmasını tələb edirlər.
Hərbçi Artur Arzumanyanın atası Borik Arzumanyan bildirib ki, hakimiyyət orqanları onları iki ildir aldadır. O bildirib ki, keçmiş MTX rəisi Armen Abazyanla bir neçə dəfə görüşüblər, lakin o da onların tələblərinə əməl etməyib.
"Paşinyan Artsaxa gəldi, dedi ki, "Artsax Ermənistandır, nöqtə" və evimizi yıxdı. İndi onlar Azərbaycanla ticarət edirlər, sabah makaron gətirəcəklər və eksqumasiya məsələsi bir günə həll oluna bilər. Biz başqa heç nə istəmirik. Qoy uşaqlarımızı çıxarıb bura gətirsinlər", - o deyib.
Daha sonra etirazçılar hökumət binasından Xarici İşlər Nazirliyinə gedərək, nazir Ararat Mirzoyana 30-dan çox valideynin imzası ilə yazılmış məktubu təqdim ediblər. Məktubda Ermənistan rəhbərliyinə, o cümlədən Xarici İşlər Nazirliyinə və Baş nazir Nikol Paşinyana mövcud humanitar vəziyyətə görə məsuliyyətin ölkə rəhbərliyinin üzərində olduğunu xatırladılır.
Ardınca isə etirazçılar Ermənistandakı Fransa səfirliyinə yollanıblar(?)
SAMİRƏ