Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.
Trend xəbər verir ki, söhbət zamanı Azərbaycanda neft strategiyası haqqında məlumat, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunulub. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulanıb.
Görüşdə ölkəmizlə bu şirkətlə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən "Vitol" dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan "Vitol" qrupu dünyanın üç əsas xam neft broker şirkəti sırasına daxildir.
;
SAMİRƏ