İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin qərb hissəsində 132 aksiya təşkilatçısını saxlayıb. Bu barədə həbslərin baş verdiyi İİKK-nın Lorestan əyalətindəki şöbəsinin mətbuat xidməti məlumat verib.
"Lorestan əyalətində baş verən iğtişaşların və qırğınların 132 təşkilatçısı və rəhbəri həbs edilib; onlar ABŞ və İsraildəki terror təşkilatları ilə əlaqəli idilər"– mətbuat xidmətinin açıqlamasında deyilir.
Daha əvvəl İİKK zabitlərinin etiraz təşkilatçılarını saxlamaq üçün İslam Respublikasının dörd əyalətində əməliyyatlar keçirdiyi bildirilirdi.
Xatırladaq ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası və yüksək inflyasiya səbəbindən başlayaraq ölkə boyu yayılıb. Bu aksiyaların yatırılmasında gücdən istifadə olunub, nəticədə 5 min civarında insan həyatını itirib.
SAMİRƏ