Davosda keçirilən Dünya İqtisadi Forumu (WEF) İran xarici işlər naziri Abbas Əraqçinin 20 yanvar günortadan sonraya planlaşdırılan çıxışını ləğv edib.
Bu barədə Kommersant-ın xəbərində deyilir. Xəbərə görə, onun adı bir gün əvvəl forumun proqramında qeyd olunsa da. sonradan rəsmi veb saytdan yoxa çıxıb.
Forum təşkilatçıları 20 Minuten-ə İran xarici işlər nazirinin Davosda iştirak etməyəcəyini təsdiqləyiblər. Onlar dəvətnamənin 2025-ci ilin payızı üçün verildiyini, lakin İrandakı etirazlar səbəbindən "İran hökumətinin bu il Davosda təmsil olunmasının praktik olmadığını" deyiblər. Nəşrin qeyd etdiyi kimi, Abbas Əraqçinin planlaşdırılan çıxışı ilə bağlı məlumat sosial mediada tənqidlərə səbəb olub.
SAMİRƏ