Nə baş verir?...
Bu sözləri politoloq Aydın Quliyev özünün Facebook sosial şəbəkə hesabında yazıb. A.Quliyev daha sonra yazır:
- 1983- cü ildə adanın türk hissəsinin dövlət müstəqilliyi bəyan olunubsa, ya müstəqillik bəyannaməsinə uyğun olaraq müstəqil vətəndaşlıq siyasəti də daxil olmaqla müstəqil dövlət konsepsiyasına uyğun hər cür addımlar atılmalıdır, ya da Ana Vətən Türkiyə ilə birdəfəlik birləşib məsələni qapatmaq gərəkdir.Həm deyilir ki, bir daha vahid Kipr Federasiyasına dönüş yoxdur, həm də müstəqil dövlət kimi davranılmır...
ŞKTC hazırda Türk Dövlıtləri Birliyinin müşahidəçisidir.Heç olmasa Türk Dövlətlərinin vətəndaşlarına əmlak alışı müqabilində ŞKTC vətəndaşlığı vermək nə problem yarada bilər ki?! ...Həm adaya qan bir qardaşlar gələcək, həm də sərmayə qoyulacaq.Nəyi pisdir?Üstəlik hər kəs bilir ki, Türk dövlətlərinin vətəndaşlarının çox kiçik bir qismi gedib daimi Kiprdə yaşaya bilər, mütləq çoxluq ev və başqa əmlaklar alıb daimi yaşayış üçün öz vətəninə dönəcək ...
Qatır Məmməd demiş,"Bəzən çox fikirləşirik ey, Göyüş kişi "....
SAMİRƏ